"Qarabağ"ın rəqibinə "yox" dedi
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı futbolçusu Aron Remzi ilə razılığa gələ bilməyib.
Publika.az "RİA Novosti" istinadən xəbər verir ki, futbolçu ilə 5 illik müqavilənin uzadılması istiqamətində danışıqlar nəticəsiz qalıb. London təmsilçisi Uelsli 28 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə ilə yanaşı həftəlik 280 min avro təklif edib.
Oyunçunun müqavilənin uzadılmasına razılıq verməməsinin səbəbi isə "Arsenal"ın hazırkı icraçı direktoru olan İvan Qazidisin komandadan ayrılmasına dair iddiaların olmasıdır.
Xatırladaq ki, 28 yaşlı Aron Remzi 2008-ci ildən "Arsenal"ın formasını geyinir. O, keşən mövsüm "topçular"ın heyətində 24 Premyer Liqa oyununda 7 qol və 8 möhtəşəm ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Könül