Dünya
Qadın uşaqlarının gözü qarşısında ərini güllələdi - FOTO
Qadın ayrı yaşadığı ərini 3 uşağının gözü qarşısında öldürüb.
Milli.Az nypost-a istinadla xəbər verir ki, Luizanna ştatında yaşayan qadın Walmart supermarketinin qarşısında ərini sinəsindən güllələyib.
31 yaşlı Kayla Coutee ərini öldürdükdən sonra hadisə yerində polislərin gəlməsini gözləyib. O, polislərə təslim olub. Uşaqlar dövlət himayəsinə verilib.
İddialara görə, onlar uşaqların kimlə qalacağını müəyyənləşdirmək üçün görüşüblər.
Emin
Milli.Az