Ölkə

Qadın sürücülərin nəzərinə - iş təklifi

Metbuat.az

Bakıda daşıyıcı şirkətlərdən biri ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən qadınları əməkdaşlığa dəvət edib.

Publika.az xəbər verir ki, “D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar info@safa.az e-mail ünvanına cv yollaya və ya Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisə birbaşa müraciət edə bilər.

Yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərəcək və “EURO 5” standartlı müasir avtobusları idarə edəcək.

Qeyd edək ki, bir çox ölkələrdə, eləcə də qonşu dövlətlərdə ictimai nəqliyyat sistemində qadın sürücülər kifayət qədərdir.