Digər

Qaçqın düşərgəsində toqquşma: ölən və yaralananlar var

Metbuat.az

Yunanıstanda qaçqın düşərgəsində toqquşma olub.

Publika.az xəbər veir ki, hadisə Malakas şəhərindəki miqrasiya mərkəzində qeydə alınıb. Suriya və Əfqanıstan qaçqınları arasında baş verən qarşıdurmada 1 nəfər ölüb. Ölən şəxsin 31 yaşlı suriyalı olduğu bildirilir.

Qarşıdurma zamanı həmçinin daha 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı təhqiqat aparır.