Digər
Putinin Paşinyandan ŞOK TƏLƏBİ: Trampın casuslarını...
Rusiya Nikol Paşinyandan komandasında ixtisarlar etməyi
tələb edir.
Publika.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti
yazıb.
Məlumata görə, Moskva Təhlükəsizlik Şurasının katibi Armen
Qriqoryan və dövlət nəzarəti xidmətinin rəisi David Sanasaryanı
Ermənistanın yeni hökumətində görmək istəmir.
“Bizim mənbələrimiz iddia edir ki, Rusiya tərəfi açıq şəkildə
Ermənistanın siyasi elitasında belə şəxslərin olmasını istəmir. Bu
şəxslər uzun illər boyunca Rusiyaya qarşı tənqidedici çıxışlarla
yadda qalıblar. Moskva Armen Qriqoryana iki ölkə arasındakı
hərbi-siyasi sənədləri etibar etmir, hesab edir ki, bu sənədlər
ABŞ-ın əlinə keçə bilər”, - deyə qəzet yazır.
Asif