Putin Paşinyana elə bir şey etdi ki... - Ermənilər Moskva görüşünün ŞOK GİZLİNLƏRİNİ AÇDI
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Rusiya
prezidenti Vladimir Putinlə görüşü istənilən nəticəni verməyib.
Erməni ictimaiyyəti Paşinyanı Putinin tələsinə düşməkdə və
təcrübəsizlikdə ittiham edir.
Publika.az xəbər verir ki, erməni şərhçi Tevos Arşakyan
Paşinyanın xarici siyasət təcrübəsinin yoxluğuna diqqət çəkib: “Heç
kimə sirr deyil ki, Paşinyanın xarici siyasət təcrübəsi yoxdur və
bu, Ermənistana qəddar zarafata başa gəldi. Demək olar ki, Paşinyan
hökuməti rusların məharətlə qurduğu tələyə düşdü və burada qazanan
Moskva ilə Bakı oldu”.
Erməni şərhçi yazır ki, Paşinyan qaçaraq Putinin görüşünə
getdi.
“Daha sonra iki ölkə arasında münasibətlərin inkişafı haqqında
bəlağətli bəyanatlar verdi. Halbuki, Paşinyanla görüşdən əvvəl
Putin İlham Əliyevlə görüşmüşdü və həmin görüşdə 16 sənəd
imzalanmışdı. Paşinyanla isə heç bir sənəd imzalanmadı. Əvəzində
Putin Paşinyanı tələyə salaraq, onun Qərbə inteqrasiya siyasətinin
qarşısını aldı”, - deyə erməni şərhçi qeyd edib.
Asif