Ölkə

Prezident İlham Əliyev San-Marino rəhbərlərini təbrik edib

Metbuat.az

Prezident İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və Matteo Çiaççiyə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri, San-Marinonun milli bayramı - Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az