Ölkə
Prezident İlham Əliyev Mixail Şvıdkoyu təltif edib
Prezident İlham Əliyev M.Y.Şvıdkoyun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə Mixail Yefimoviç Şvıdkoy "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.
Milli.Az