Ölkə
Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolu “Dostluq” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol "Dostluq" ordeni ilə təltif edilsin.
Milli.Az