Ölkə

Prezident İlham Əliyev Esvatini Kralını təbrik edib

Metbuat.az

Prezident İlham Əliyev Esvatininin Kralı III Msvatiyə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əlahəzrət, Esvatini Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza sülh və tərəqqi arzulayıram".

Milli.Az