Ölkə

Polis 10 nəfərdən ibarət cinayətkar dəstəni yaxaladı - VİDEO

Metbuat.az

Qusar rayon polis şöbəsi tərəfindən müxtəlif vaxtlarda qeydə alınan 17 mənzil oğurluğu və bir quldurluq hadisəsində şübhəli şəxslər saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, aparılan əməliyyat - axtarış tədbirləri nəticəsində 10 nəfər rayon sakini tutulub.

Dəstənin 2015-ci ildən hazırki dövrə qədər Qusar rayonunda ayrı-ayrı mənzillərdən pul, zinət və məişət əşyaları oğurladığı aşkarlanıb. Üç il ərzində törədilən hadisələr nəticəsində vətəndaşlara ümumi məbləği 100 min manat dəyərində olan ziyan dəyib. Qrupun 3 üzvü isə quldurluq hadisəsi törətməkdə təqsirli bilinir.

Saxlanılan rayon sakinləri Ömər Səlimov, Alim Balabəyov, Marat Əlirzayev, Seymu Seyidov, Fərrux Yarəliyev, Rəşad Tahirov, Bəhruz Nurullayev, Vüqar Salmanov, Rafiq Mehrəliyev və Nadim Axundov törətdikləri oğurluq hadisələrini etiraf edirlər.

İlkin araşdırmalara görə, dəstə 2015-ci ildə 5, 2016-ci ildə 6, 2017-ci ildə 3, 2018-ci ildə isə 4 cinayət hadisəsi törətməkdə təqsirli bilinir. Dəstə üzvlərindən bir nəfəri Şıxzada Şıxıyev 2017-ci ildə dünyasını dəyişib. Hazırda Qusar rayon PŞ tərəfindən saxlanılan 10 nəfərdən 7-si barəsində həbs qətimkan tədbiri seçilib, 3 nəfər isə nəzarətə götürülüb. Dəstə üzvlərinin digər cinayət hadisələrində də iştirak etməsi araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: