Digər

Paşinyan Putinin hüzuruna çıxdı və...

Metbuat.az

Bu gün Moskvaya səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Publika.az
xəbər verir ki, görüşdə Rusiya-Ermənistan münasibətləri müzakirə olunub.

Paşinyan bildirib ki, iki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət əsasında davam edəcəyinə ümid edir.

“Ümid edirəm ki, Ermənistan və Rusiyanın münasibətləri qarşılıqlı hörmətə və bir-birinin daxili işlərinə qarışmama prinsipinə əsaslanacaq. Əminəm ki, bu məsələlər həll ediləcək və bizim ittifaq münasibətlərimiz davam edəcək”, - deyə Paşinyan Putinə bildirib.

Putin isə bildirib ki, Rusiya və Ermənistanın münasibətləri müxtəlif istiqamətlər üzrə inkişaf edir.

“Siyasi, hərbi, təhlükəsizlik, iqtisadi və digər sferalar üzrə əməkdaşlığımız mövcuddur. İki ölkənin əməkdaşlığı şaxələndirilmiş formada inkişaf edir”, - deyə Rusiya prezidenti qeyd edib.

Asif