Paşinyan Putinə buna görə yalvarırdı... - Qapalı görüşdə nələr baş verib?
Rusiya prezidenti Vladimir Putin sentyabrın 8-də
Ermənistanın baş naziri Nikol Paşinyanı Moskvada qəbul etdi.
Tərəflər görüşlə bağlı diplomatik açıqlamalar versələr də, bağlı
qapılar arxasında keçirilən danışıqların detalları gizli olaraq
qalır.
Publika.az xəbər verir ki, “Qraparak” qəzeti danışıqların
təfərrüatları ilə bağlı məlumat əldə edib.
Qəzet Rusiyadakı mənbələrə istinadən yazır ki, bağlı qapılar
arxasında Paşinyan Putinin etibarını qazanmaq üçün hər şeyi
edirdi.
“Paşinyan Putini öz niyyətlərinin təmizliyinə inandırmağa və onun
etibarını qazanmağa çalışırdı. O, Rusiya ilə əməkdaşlıq etməyə və
problemi məsələlərdə güzəştə getməyə hazır olduğunu bildirdi. Əgər
problem hökumətdə “Amerika təsir agentləri”dirsə, o zaman Paşinyan
onları əvəz etməyə söz verdi”, - deyə qəzet yazır.
Qəzet qeyd edir ki, Rusiyanın “ABŞ agenti” hesab etdiyi kadrların
başında Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
dayanır: “Yanvara qədər bəzi kadr dəyişikliklərinin olacağı
gözləniləndir”.
Asif