Digər
Paşinyan baş diplomatını Azərbaycana göndərdi
Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Publika.az xəbər verir ki, Mnasakanyan Xankəndində
separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb.
Ermənistan mediası görüşdə münaqişənin həlli məsələsinin müzakirə
edildiyini yazır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq
Qarabağın danışıqlar prosesində iştirakını istəyir. Ekspertlər
Paşuinyanın bu davranışının danışıqların pozulmasına hesablandığnı
deyirlər. Ehtimallara görə, Mnasakanyan Saakyan Xankəndindəki
görüşü də danışıqlar prosesinin pozulması üçün atılacaq addımların
müzakirəsinə hesablanıb.
Asif