Digər
Parisdə insanlara bıçaqlı hücum: 7 yaralı
Fransanın paytaxtı Parisdə naməlum şəxs insanlara bıçaqla hücum edib.
Publika.az xəbər verir ki, naməlum şəxs 7 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib.
İnsident yerli vaxtla təxminən saat 22:45-də 20-ci dairədə teatrın yaxınlığında baş verib. Hücum edən şəxs polislər tərəfindən saxlanılıb.
İlkin məlumata əsasən, insident terror aktı kimi araşdırılmır.