Dünya

Pakistanda daha bir mədən qəzası - 6 işçi öldü

Metbuat.az

Pakistanın Kohat şәhәrindә kömür mәdәnindә partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə zamanı mədəndə 11 nəfər olub. Onlardan 6-sı ölüb.

Yaralı olaraq xilas edilən 5 nəfər isə xəstəxanalara yerləşdirilib.

Axtarış-xilasetmә әmәliyyatları davam etdirilir.

Qeyd edək ki, 13 avqustda Pakistanın Bəlucistan əyalətində kömür mədənində baş verən uçqunda 7 nəfər ölmüşdü.

Milli.Az