Dünya

Özbəkistanda avtobusda qaz balonu partladı: ölənlər var

Metbuat.az

Özbəkistanın Buxara şəhəri yaxınlığında avtobusda qaz balonu partlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 21 nəfər isə xəsarət alıb.

Xəsarət alanlarda 5 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə zamanı avtobusda 28 nəfər olub. 4 nəfər hadisə yerində həlak olub, bir nəfər xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib.

Milli.Az