Digər
Ofis binasında atışma: 5 nəfər yaralandı
Birləşmiş Ştatların Viskonsin ştatının Middlton şəhərində cinayətkar ofis binasında atəş açıb.
Publika.az xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları onu zərərsizləşdiriblər.
Silahlı insident nəticəsində 5 nəfər, eləcə də, atəş açan şəxs yaralanıb.
Ərazidə Federal Təhqiqatlar Bürosunun əməkdaşları və xüsusi xidmət işçiləri işləyir.