Digər

Nyu-Yorkda türk jurnalistlərin qaldığı oteldə YANĞIN

Metbuat.az

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasını izləmək üçün bu şəhərdə olan türk jurnalistlərin qaldığı oteldə yanğın baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, yanğın qısa müddətdə söndürülüb.

Təxliyyə edilən qonaqlar otel nömrələrinə qayıtmağa başlayıb. Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.