Dünya

Müridlərinə cinsi istismar iddiası

Metbuat.az

Türkiyə Konyada bir şəxs söhbətlərində iştirak etdiyi təriqətin özünü “Xəlifə” olaraq adlandıran şeyxinin kişi müridlərinə cinsi istismar etdiyini iddia edib.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, bununla bağlı başladılan cinayət işi çərçivəsində nəzarətə alınan S.İ 2008-2017-ci illər arasında 17 və 22 yaşlarında 5 kişi müridinə cinsi istisamar etməsi iddiası ilə saxlanılıb. Ağır Cəza Məhkəməsinə çıxarılan S. İ-nin 70 ilə qədər həbsi tələb olunub. Bəzi zərərçəkənlərin birdən daha artıq cinsi istismara məruz qalması səbəbi ilə məhkumun cəzasının artırılması tələb olunub.

Məhkəmədə iştirak edən məhkumun vəkili Yiğit Ç. isə S.İ-nin yaşına diqqət çəkərək, iddiaları yalanlayıb.

Məhkəmə heyəti məhkumun mühakimə olunduğuı cinayətin “Kataloq” cinayət olması səbəbi ilə S.İ-nin azad olunması tələbini rədd edib.

https://metbuat.az/news/1033430/genc-qiza-qorxunc-...