Ölkə
Müəllimlə əlbəyaxa olan direktor işdən çıxarıldı
Dünən Abşeron rayonunda - Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdə baş verən xoşagəlməz hadisədən sonra məktəbin direktoru işindən azad edilib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı məktəbdən oxu.az-a təsdiqləyiblər.
Bildirilib ki, hazırda bu vəzifəni direktor müavini icra edir.
Milli.Az