Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 85 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu
ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Mərzili,
Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan,
Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
ordumuzun mövqeləri atəşə tutulub.