Mnasakanyan Məmmədyarovla görüşdə təxribata ƏL ATACAQ - Ruslar AÇIQLADI
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma
bəyanatlarına rəğmən, İrəvan danışıqlar masasına əyləşmək istəyini
gizlətmir.
Publika.az xəbər verir ki, Ermənistanın xarici işlər
naziri Zoqrab Mnasakanyan yaxın vaxtlarda Azərbaycan xarici işlər
naziri Elmar Məmmədyarovla görüşəcəyini açıqlayıb.
“Görüş olacaq, həm də tezliklə”, - deyə erməni nazir bildirib.
Mnasakanyan görüşün tarixi və yerinin uyğunlaşdırılandan sonra
açıqlanacağını əlavə edib.
Elmar Məmmədyarov da daha əvvəl erməni nazirlə görüşünün BMT Baş
Assambleyasının iclası çərçivəsində olacağını açıqlamışdı. BMT Baş
Assambleyasının növbəti toplantısı sentyabrın sonlarında
keçiriləcək.
Rusiyalı politoloq Sergey Markov bildirib ki, Ermənistan
danışıqlarda təxribat törədə bilər.
“Paşinyan Bakı ilə hər hansı qalmaqalın baş verməsində maraqlıdır.
O, bu qalmaqaldan Ermənistanın daxilində istifadə edə bilər.
Bütövlükdə İrəvan münaqişənin həlli ilə bağlı hansısa addım atmağa
hazırlaşmır. Sadəcə olaraq, nazirlərin görüşündə erməni tərəfinin
qalmaqal yaradacağını gözləmək olar. Azərbaycan tərəfi ayıq
olmalıdır”, - deyə o bildirib.
Asif