Dünya

Mərkəzi Kəşfiyyat İdarəsi Türk, Ərəb, Fars və Çin dillərini

Metbuat.az

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Türk, Ərəb, Fars və Çin dillərini bilən şəxsləri işə dəvət edir.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel qurumun yeni strategiyası barədə danışarkən bildirib. O qeyd edib ki, Kəşfiyyat İdarəsi bundan sonra okeanın o tayında əməliyyatlar keçirməyə üstünlük verməyəcək.

“11 sentyabr hadisələrindən əvvəlki strategiyamıza qayıdırıq” - deyən Haspel, rəqib ölkələrə qarşı cəsusluq fəaliyyətinin gücləndiriləcəyini bildirib. Bu üzdən qurum Türk, Ərəb, Fars və Çin dillərini bilən cəsuslarla işləməyə üstünlük verəcək.

Sübhan / METBUAT.az