Digər

Merkeldən təhdid kimi AÇIQLAMA: Almaniya buna göz yummayacaq

Metbuat.az

“Almaniya kimyəvi silahdan istifadəyə göz yummayacaq”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, belə bir açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış edib.

O, bu fikirləri Suriyada kimyəvi silah istifadəsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatında daimi təmsilçisi Nikki Haley İdlibdəki kimyəvi hücum ehtimalı ilə bağlı açıqalamasında “Kənarda dayanıb kimyəvi silah istifadəsini izləməyəcəyik. Bu məsələdə prezident Donald Tramp ictimaiyyət qarşısında açıqlama verərək kimyəvi silah istifadə ediləcəyi halda ABŞ-ın qarşılıq verəcəyini bildirmişdi”, - deyə bildirmişdi.

Almaniya xarici işlər naziri Heiko Maas isə bir neçə gün əvvəl “Bu gün gündəmimizdəki əsas məsələ İdlibdəki insan fəlakətinin qarşısını almaqdır”, - deyə açıqlama verib. Əsəd rejiminin kimyəvi silah istifadə edəcəyi halda ABŞ, İngiltərə və Fransanın birgə əməliyyatlarına Almaniyanın qatılıb-qatılmayacağı barədə Almaniya Müdafiə Nazirliyinin araşdırma apardığı bildirilmişdi.

Gülxar