Dünya
Meksikada polislər 10 nəfəri güllələdi
Meksikanın Quanaxuato ştatında polis əməkdaşları onlara hücum edən 10 cinayətkarı güllələyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Xerekuaro şəhərinin yaxınlığında "Xalisko - Yeni nəsil" narkomafiyasının üzvləri polis əməkdaşlarına hücum ediblər. Nəticədə az sayda olan polislər hücum edənlərdən 10-nu hadisə yerində öldürüb, 3-nü isə yaralayıblar. Bundan əlavə, atışma zamanı 1 polis əməkdaşı və 1 həkim yaralanıb.
Qalan cinayətkarlar hadisə yerindən qaçıb. İnsindetin baş verdiyi ərazidə cinayətkarların 7 avtomobili müsadirə edilib. Onlardan 4-ü axtarışda olub.
Milli.Az