Ölkə

Kütləvi dava zamanı iki gənc bıçaqlanıb

Metbuat.az

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, şəhərin 21-ci məhəlləsi ərazisində bir qrup gənc arasında kütləvi dava olub.

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Milli.Az