Ölkə

Kürdəmirdə qadını qarət edən tutuldu

Metbuat.az

Kürdəmirdə qadından oğurluq edən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 3-də rayon sakini olan bir qadına məxsus içərisində 580 manat, 2000 rubl və mobil telefon olan pulqabını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Əliyev saxlanılıb.

Milli.Az