Ölkə

Kür çayında naməlum kişi meyiti tapıldı

Metbuat.az

Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində avqustun 29-da batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları aparılan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür. Axtarışlar davam etdirilir.

Milli.Az