Digər

“Kings Plaza”da yanğın: 17 nəfər xəsarət aldı - FOTO/VİDEO

Metbuat.az

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Kings Plaza” ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində azı 17 nəfər xəsarət alıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, Nyu-York Şəhər Yanğınsöndürmə Departamentinin “Twitter" səhifəsində xəsarət alanlardan 15 nəfərinin yanğınsöndürənlər olduğu bildirilir. Onların vəziyyətinin normal olduğu qeyd edilir.

Hazırda yanğının söndürülməsi davam edir. Hadisənin səbəbləri hələlik məlum deyil.