Dünya

Kim Çen In hara yoxa çıxıb? - 15 gündür xəbər yoxdur...

Metbuat.az

Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In artıq 15 gündür ki, ictimaiyyət qarşısına çıxmır.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Renhap" agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, Şimali Koreya KİV-də Kim Çen Inla bağlı son xəbər avqustun 21-də dərc olunub. 

Prezidentin "yoxa çıxması"na xüsusi əhəmiyyət verən hadisə isə sentyabrın 8-də Şimali Koreyanın əsasının qoyulmasının 70-ci ildönümü olmasıdır. 

Bununla yanaşı, sabah Kim Çen Inın Cənubi Koreya prezidentinin xüsusi elçisi ilə görüşü planlaşdırılıb.

Milli.Az