Dünya

İtkin düşən milyarder və xanımının cəsədləri tapıldı - FOTO

Metbuat.az

İtkin düşən milyarder və xanımının cəsədləri tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, onların cəsədləri ördək gölünün yaxınlığında, 2 metr dərinliyə basdırılıb.

Cütlüyün cəsədini xüsusi təlim görmüş itlər aşkarlayıblar. Cəsədlər autopsiya üçün hospitala göndərilib.

64 yaşlı biznesmen Alan Hoqq və 61 yaşlı taylandlı xanımı Nott 5 gündür ki, axtarışda idi.

Əslən Şotlandiyadan olan biznesmenin Taylanddakı evlərinin divarından qan ləkəsi tapılmışdı.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

Emin
Milli.Az