Digər

İsrailin müdafiə naziri Azərbaycana gəlir

Metbuat.az

Sentyabrın 13-də İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.