Digər
İsraildən İrana ŞOK TƏHDİD: VURACAĞIQ
İsrail İranın İraqdakı hədəflərini vura biləcəyini
açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə
Nazirliyi məlumat yayıb.
İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib ki, daha əvvəl
İranın Suriyadakı hədəflərini vurub: “Suriyada olan hər şeyi
dəqiqliklə izləməliyik. İranın hədəfləri məsələsində də təkcə
Suriya ilə yekunlaşmamalıyıq. Haradan gəlməsinə baxmayaraq, İranın
istənilən təhdidinə qarşılıq verəcəyik”.
Qeyd edək ki, “Röyters” agentliyi ötən həftə Tehranın İraqdakı şiə
güclərinə onlarla raket verdiyini yazıb. 700 kilometr mənzilə sahib
olan raketlər Ər-Riyad və Təl-Əvivi vurmaq imkanına malikdir.
İraqın Xarici İşlər Nazirliyi isə raketlərin verilməsi xəbərini
təkzib edib.
Asif