Digər

İspaniyada sərnişin avtobusu qəzaya uğradı: 5 ölü, 27 yaralı

Metbuat.az

İspaniyada sərnişin avtobusu qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, Aviles şəhərində Kudilyero-Aviles-Xixon marşrutu ilə hərəkətdə olan avtobus piyada üst keçidinin beton dayağına çırpılıb. Nəticədə 5 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.