Dünya
İranın Yunanıstandakı səfirliyi qarşısında aksiya keçirilib
Sentyabrın 17-si səhər saatlarında İranın Yunanıstanın paytaxtı Afina şəhərindəki səfirliyinə basqın olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir qrup aksiya iştirakçısı səfirliyin binasına içi qırmızı boya ilə doldurulmuş butulkalar atıb. Yunan mətbuatına istinad edən İran KİV-ləri bildirirlər ki, bu qanunsuz aksiyanı "Rouvikonas" adlı kürd anarxist qrupun üzvləri həyata keçiriblər.
Anarxistlər motosikletlərlə hadisə yerindən uzaqlaşıblar. Yunan polisi səfirliyə butulka atanlardan heç kimi saxlaya bilməyib. Araşdırma aparılır.
Xatırladaq ki, Yunanıstanda gizli fəaliyyət göstərən "Rouvikonas" anarxist qrupu Türkiyənin də bu ölkədəki diplomatik nümayəndəliklərinin binalarına basqınlar etmişdi.
Milli.Az