Digər

İranın İraqdakı Baş Konsulluğunun binası yandırıldı

Metbuat.az

İranın İraqın Bəsrə şəhərindəki Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

Publika.az xəbər verir ki, yüzlərlə nümayişçi diplomatik korpusun binasını ələ keçirərək od vurublar.

Xəbərdə vurğulanır ki, bu gün 20 min nəfər sosial problemlərə etiraz olaraq küçələrə axışaraq Bəsrə valiliyinin binasını da yandırıblar.

Məlumat hələlik rəsmi şəkildə təsdiq olunmayıb.