Dünya
İrandan İsrailə sərt xəbərdarlıq
İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İsrailə xəbərdarlıq edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, o, Suriya ərazisində olan obyektlərə zərbələrin endirilməsinin İsrailə baha başa gələcəyini bildirib:
"İsrail Suriya ərazisində terrorçulara dəstək verir, eyni zamanda onlara qarşı mübarizə aparan qüvvələrə zərbələr endirir. İsrail bu cür davam etsə, onu peşman edəcək reaksiya ilə üzləşəcək".
Milli.Az