Dünya
İran və Rusiya ABŞ-ın qarşısının alınması məsələsində əməkdaşlıq edə bilər - Xamenei
İranın ali dini lideri ayətullah Əli Xamenei cümə günü Rusiya prezidenti Vladimir Putin ilə görüşünün yekununda bildirib ki, Tehran və Moskva arasında əməkdaşlığın aspektlərindən biri ABŞ-ın qarşısının alınması ola bilər.
Milli.Az "Report"a istinadən bildirir ki, onun sözlərini "Fars" agentliyi sitat gətirib.
"Hər iki tərəfin əməkdaşlıq edə biləcəyi məsələlərdən biri ABŞ-ın qarşısının alınmasıdır. Çünki Amerika bəşəriyyət üçün təhlükə törədir və bu [əməkdaşlıq] - onun qarşısının alınması üçün düşən imkanlardan biridir", - deyə Xamenei bildirib.
V.Putin və Ə.Xamenei arasında görüş İran dini liderinin Tehrandakı iqamətgahında baş tutub. Xamenei bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Milli.Az