Ölkə

İlham Əliyev San-Marino rəhbərlərini təbrik etdi

Metbuat.az

Prezident İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və Matteo Çiaççiyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri,

San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".