İkinci Dünya Müharibəsinə aid döyüş təyyarəsi tapıldı
İkinci Dünya Müharibəsindən dərhal sonra İsveçrə dağlarına düşən amerikan döyüş təyyarəsi 72 ilsonra Gauli buzlağında tapılıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki,ilk olaraq avqust ayının ortasında tapılan təyyarənin ana gövdəsi və mühərrikinə aid fotolar dünyaya təqdim edilib.
Buzlaqların əriməsi ilə ortaya çıxan təyyarə qalıqları İsveçrə ordusunun xüsusi qüvvələr üzvləri araşdırır. Əsgərlər buzun altından çıxan gövdəyə aid hissəni parçalara ayırıb.
“ C-53 Skytrooper Dakota” tipli təyyarənin qalıqlarının yerləşdiyi hündürlük 3 min 350 metrdir.
Döyüş təyyarəsi 19 Noyabr 1946 tarixində dağlara enib.Təyyarə dağları aşarkən noyabr ayının ortasında qar fırtınasına yaxalanıb. Amerika təyyarəsi təxminən 280 kilometr sürətlə buzlağa düşüb.
Təyyarənin qalıqlarına ilk dəfə 2012-ci ilin yazında üç gənc tərəfindən rast gəlinib. Təyyarənin içində səkkiz üst səviyyə amerikalı əsgər və dörd ekipaj olub. Onlar xilasetmə dəstələri tərəfindən möcüzəvi şəkildə xilas edilib.