Dünya
İdlib razılaşmasının şərtləri yerinə yetirilir -
Rusiya ilə Türkiyə arasında əldə olunan İdlib razılaşmasının şərtləri yerinə yetirilir.
Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, müxalif qüvvələr və ağır silahlar bufer zonadan çıxarılır. Onun sözlərinə görə, Ankara mötədil müxalifləri Əl-Nusra terrorçularından ayıracağını vəd edib.
Terrorçular məhv edilməlidir deyən diplomat, onların İdlibdə qalmasına imkan verilməyəcəyini ifadə edib. Qeyd edək ki, Moskvayla Ankara arasında əldə olunan razılaşmaya əsasən İdlibdə Suriya ordusu və müxalif qüvvələr arasında bufer zona yaradılacaq.
Sübhan / METBUAT.az