Dünya

Hayko Maas Türkiyədə İdlibdəki vəziyyəti müzakirə edəcək

Metbuat.az

Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib ki, Türkiyəyə səfəri zamanı Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə edəcək.

Milli.Az "report"-a istinadən bildirir ki, səfər 5-6 sentyabr tarixlərində baş tutacaq.

"Biz İdlibdə humanitar böhrandan qaçmaq üçün əlimizdən gələni edəcəyik. Bu, mənim bu həftə, çərşənbə günü və cümə axşamı Türkiyəyə səfərim zamanı çox vacib mövzu olacaq", - deyə o bildirib.

O, Türkiyə tərəfini İdlibdə yaranmış vəziyyətin aradan qaldırılmasında mühüm tərəfdaş adlandırıb.

"Türkiyənin mövqeyi Rusiyanın, ardınca isə Əsəd rejiminin Suriyada gələcək fəaliyyəti üçün həlledici əhəmiyyətə malikdir", - deyə Maas söyləyib.

Nazir həmçinin qeyd edib ki, hazırda İdlibdə vəziyyət "çox ciddidir", güc yolu ilə həll isə bölgədə humanitar fəlakətə gətirib çıxaracaq.

Milli.Az