Gürcüstanda 6 nəfərin prezidentliyə namizədliyi qeydə alındı - SİYAHI
Gürcüstanda prezident seçkilərində iştirak etmək üçün 26-sı təşəbbüs qrupu, 20-si isə siyasi partiyalar tərəfindən olmaqla, 46 nəfərin namizədliyi irəli sürülüb.
Publika.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze bildirib ki, prezidentliyə namizədlərin irəli sürülməsi prosesi başa çatıb və MSK artıq 6 nəfərin namizədliyini qeydə alıb.
Prezidentliyə namizədin qeydiyyatı üçün 23 min 923 imza (ümumi seçicilərin sayının 0,75 faizi) tələb olunur.
MSK sentyabrın 28-dək imzaları və tələb olunan sənədlərin doğruluğunu yoxlayıb digər şəxslərin namizədliyini də təsdiq edəcək.
Namizədliyi qeydə alınanlar bunlardır: David Bakradze (“Avropa Gürcüstanı - Azadlıq uğrunda hərəkat” Partiyası), Mixail Saluaşvili ("Ədalətin bərpası - Xalqın səsi”), Zviad Baqdavadze (“Vətəndaş platforması - Yeni Gürcüstan”) və Şalva Natelaşvili (“Gürcüstan Leyboristlər Partiyası”), Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyası) və İrakli Qorqadze ("Azad Gürcüstan Naminə" hərəkat).