Dünya

Gürcüstana silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanıldı

Metbuat.az

Gürcüstana qanunsuz yolla silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, istintaqla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Ermənistan vətəndaşı "Qequti" sərhəd keçid məntəqəsindən Gürcüstana "Makarov" tipli tapança və 3 patron keçirməyə çalışıb.

Ermənistan vətəndaşını 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az