Dünya

Gürcüstan rusiyalı hakeri ABŞ-a təhvil verdi

Metbuat.az

Gürcüstan Rusiya vətəndaşı Andrey Türini ABŞ-a ekstradisiya edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Məxfi Xidmət, Federal Təhlükəsizlik Bürosu və Prokurorluğunun birgə bəyanatında deyilir.

A.Türin maliyyə strukturlarının sistemlərinə kiber hücumda ittiham olunur.

Rusiya vətəndaşını ABŞ-da üst-üstə 97 il həbs cəzası gözləyir.

Qeyd olunur ki, A. Türin genişmiqyaslı haker hücumuna, o cümlədən ABŞ-da 80 milyon müştərinin şəxsi məlumatlarının oğurlanmasına görə məsuliyyət daşıyır.

Milli.Az