Dünya

Göyərçinlər kütləvi tələf oldu - Rusiyada

Metbuat.az

Rusiyanın Oryol şəhərində göyərçinlərin kütləvi tələfatı baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şəhər sakinləri Oryol vilayətinin ekoloji təhlükəsizlik xidmətinə müraciət edib.

Qeyd olunur ki, çoxlu sayda göyərçin cəsədi şəhərin mərkəzindəki meydanda aşkar olunub.

Sakinlər göyərçinlərin zəhərlənmə ehtimalı olduğunu bildirib.

Hazırda quşların ölüm səbəbi araşdırılır.

Milli.Az