Dünya

Göldə FƏLAKƏT: Bərə batdı

Metbuat.az

Afrikada üç ölkənin sərhədində yerləşən Viktoriya gölündə bərə batıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, limana yaxın ərazidə batan bərədə 400 nəfərin olduğu açıqlanıb. Xilasetmə briqadası hadisə yerindən 42 meyit çıxarıb. Xəstəxanaya aparılan yaralılardan 32 nəfərin vəziyyəti isə ağırdır. 100 nəfər isə sağ-salamat sudan çıxarılıb.

Xatırladaq ki, Tanzaniyada buna bənzər faciələr tez-tez baş verir. 2012-ci ildə Zanzibar adasında bərənin batması nəticəsində 145 insan ölmüşdü.

Aysel Yaqubqızı / Metbuat.az

SON DƏQİQƏ: Vyetnamın prezidenti vəfat etdi - FOTOLAR