Ölkə
Gəncədə orta yaşlı kişi dərmandan zəhərlənib
Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, 1982-ci il təvəllüdlü yerli sakin Rəşad Talıbov yaşadığı evdə atdığı dərmandan zəhərlənib.
Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən R.Talıbova həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Yaxınlarının bildirdiyinə görə, onun zəhərlənməsinə qəbul etdiyi dərmanı miqdarından artıq istifadə etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az