Ölkə
Gəncədə 52 yaşlı qadın yoxa çıxdı
Gəncədə qadının itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
Publika.az xəbər verir ki, şəhərin 3-cü mikrorayonunda yaşayan Vidadi İsayev şikayət ərizəsində yazıb ki, sentyabrın 15-də həyat yoldaşı, 1966-cı il təvəllüdlü Məlahət Novruzova evdən çıxıb və bir daha geri qayıtmayıb.
V.İsayev həyat yoldaşının fotosunu və xarakterik əlamətlərini polisə təqdim edib.
Hazırda axtarış tədbirləri həyata keçirilir.